Azərbaycanda bu sahədə çalışanların maaşları MÜƏYYƏNLƏŞDİ

0
318

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 14 nömrəlli əlavə öz əksini tapıb.

Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı(manatla)
123
1.Baş direktor1100
2.Baş direktorun müavini948
3.Baş mühasib810
4.Şöbə müdiri: 
4.1.tibb sahəsində həkim ixtisası tələb olunan726
4.2.digər profilli708
5.Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisipatoloq-anatom: 
5.1.mərkəzin (birliyin) aparatında731
5.2.şəhər (rayon), regional qurumlarda678
6.Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist: 
6.1.mərkəzin (birliyin) aparatında696
6.2.şəhər (rayon), regional qurumlarda624
7.Ekspert-həkim, ekspert, həkim696
8.Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavini648
9.Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı486
10.Böyük tibb bacısı, böyük laborant408
11.Avtomobil sürücüsü400
12.Tibb bacısı, təsərrüfat üzrə tibb bacısı384
13.Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdiri
14.Xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru, arxivçi, ekspeditor354
15.Sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digərxidmətedici heyət325

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.