Azərbaycanda bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

0
375

Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüquqununun saxlanılması ilə bağlı qərarına edilən dəyişikliyə izah verib.

İzaha əsasən “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” Qanuna edilmiş dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququnu övladlığa götürüldükdə saxlayırlar.

Qeyd ediləni nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişikliklər edilib.