Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

0
97

“60 yaşdan yuxarı 600 nəfər bu il sertifikasiya imtahanında iştirak edəcək”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli isə əlavə edib ki, 65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün sertifikasiyada iştirak etməyəcəkləri halda əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq.