Azərbaycanda beş məktəb koronavirusa görə bağlandı – YENİLƏNİB

0
321

Bakıda 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 39 nömrəli tam orta məktəbdə çalışan 2 müəllim, 1 direktoru müavini və bir texniki işçinin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

15:50

Gəncədə koronavirusa yoluxma səbəbindən daha iki məktəb bağlanıb.

Gəncə şəhər 30 və 13 saylı tam orta məktəblərdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma faktı aşkar edildiyi üçün hər iki məktəbdə dərslərin distant formada keçirilməsinə qərar verilib.

Xatırladaq ki, bundan əvvəl Gəncə şəhərindəki 12, 26, 31, 36 və 37 saylı tam orta məktəblər də distant təhsilə bağlanıb.