Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BakuPost-a məlumatı təsdiqləyib.
O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
E.Sultanov qeyd edib ki, Baş Prokurorluğun Mətbuat xidmətində onun hansı vəzifəyə keçməsi barədə məlumat yoxdur.
Qeyd edək ki, Orxan Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.