Azərbaycanda banklar dolların alış qiymətini qaldırıb – FOTO

0
339

Azərbaycanda banklar dolların alış qiymətini qaldırıb.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.

O qeyd edib ki, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

Lakin, iqtisadçının sözlərinə görə, bankların bu addımı FED ilə əlaqə deyil:

“İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instinkti yaranır. Amma indi ilin əvvəlidir. Maraqlısı budur ki, satış bahalaşmayıb”.

Qeyd edək ki, son həftələrə qədər banklarda ABŞ dollarının alış qiyməti 1,69 AZN civarında olub. Hazırda isə alış dəyəri əksər banklarda Mərkəzi Bankın müəyyən etdiyi qiymətə əsasən 1,70 AZN-dir.