Azərbaycanda bankçılıqda müsbət trend: 93 milyardlıq NƏTİCƏ – FOTO

0
375

2021-ci ilin birinci yarısında bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25 500 000, həcmi isə 93 300 000 000 manat təşkil edib.

Mərkəzi Bankdan əldə etdiyimiz məlumata əsasən, aparılan köçürmələrin say üzrə 76 faizi (19 300 000 ədəd), həcm üzrə isə 70 faizi (64 900 000 000 manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

2021-ci ilin birinci yarısında internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 58,5 faiz artaraq 59 000 000 000 manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2,4 dəfə artaraq 1 600 000 000 manat olub.

Qeyd edək ki, 2021-ci il avqustun əvvəlinə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.