Azərbaycan tərəfi onlarda 62 erməni əsirinin olduğunu təsdiqləyib.
Bunu Ermənistan parlamentinin deputatı Nazeli Baqdasaryan deyib.
“İndicə deputat Sofiya Ovsepyanla Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun görüşü başa çatdı. General bildirib ki, rəsmi Bakı 62 erməninin əsir götürüldüyü faktını təsdiq edib”, – Baqdasaryan bildirib.