Azərbaycanda 293 nəfər deputatlığa namizədliyini geri götürüb

0
392

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1344 nəfərdir.