Ağcabədidə 15 yaşlı qız ana olub.
2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övladını dünyaya gətirib.
Ağcabədi rayonunda azyaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb:
“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır.