Azərbaycanda 11-ci sinif şagirdi özünü niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT

0
623

Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən “Son Zəng” tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.