Azərbaycanda 1000 yaşlı ağac: Ona qorxudan heç kim yaxın düşmür – VİDEO

0
825

Hündürlüyü 50, gövdəsinin diametri isə 25 metrdən artıqdır…

Yaşının min ildən çox olduğu güman edilən bu ağac ətraf kəndlərdən də görünür. Tovuz rayonu Qovlar şəhərində – Nizami küçəsində olan bu xan çinarın əsas gövdəsindən əlavə 8 gövdəsi var. Bu gövdələrdən 16 əsas budaq şaxələnir. Kökü 150, budaqları isə 50 metr ətrafa yayılır. Bu ağaca həm də “bal ağac” və “müqəddəs ağac” da deyilir.

Xan çinar müxtəlif dövrlərdə bu kəndin müdafiəsində də mühüm əhəmiyyət kəsb edib. Bu ağacın quruyub düşən budaqlarına belə sakinlər əl vurmurlar. Sakinlər deyirlər ki, Xan çinarın yaşının yüz illərlə ölçülməsi elmi tədqiqatlarla da sübuta yetirilib.

Hazırda öz əzəməti ilə göylərə ucalan çinarın ətrafına hasar çəkilib, əraziyə xüsusi giriş qapısı qoyulub. Xan çinar Azərbaycan Dövlət Qoruğunun nadir ağaclar kitabına da salınıb. (Xəzər TV)