Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək

0
535

Azərbaycanda 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış “Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulub.
Proqrama əsasən, bunun 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır. Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.