Xəbər verdiyimiz kimi, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb.
Beləliklə, ölkənin bakalavr pilləsi üzrə ən bahalı ixtisasları Bəstəkarlıq, Dirijorluq (sahələr üzrə), İnstrumental ifaçılıq (sahələr üzrə) və Vokal sənəti olub. Bu ixtisasların illik təhsil xərci 9000 AZN-dir.
Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar da təəcübləndirməyib: Bəstəkarlıq, Dirijorluq və İnstrumental ifaçılıq. Üç ixtisasın da hər birinin illik təhsil xərci 10 min manat təşkil edir.