“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib
Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata qaldırılıb.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.