Azərbaycanda əhalinin sayı artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
2019-cu ilin yanvar-sentyabr aylarında əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.