Yaz fəslinin Azərbaycana daxil olacağı dəqiq tarix məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından sorğusuna cavab olaraq bildirilib ki, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq.
Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.