Ukraynada erməni və gürcü şərablarına qadağa qoyulduğu halda, bu, Azərbaycan şərablarına şamil edilməyib. Bu isə erməniləri özündən çıxarıb. Hər dəfə olduğu kimi ermənilər bu dəfə də şüvən salıblar.
“Sputnik Ermənistan”a müsahibə verən Ermənistanın Milli Şərab Mərkəzi təşkilatının sədri Avaq Arutyunyan qadağa qərarına cavab olaraq bildirib ki, bu ölkədə bir sıra şərab zavodlarını birləşdirən “Ukrvinprom” assosiasiyası Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edərək 17 gürcü və erməni şərab və konyak istehsalçısına embarqo tətbiq etmək üçün müraciət edib.
Bu şirkətlərə 10 il müddətinə Ukraynada satışı qadağan etmək, həmçinin aktivləri və ticarət nişanlarına hüquqlarını dondurmaq təklif edilir.
O, erməni şərabçılarının maraqlarını qoruyan sənaye assosiasiyasının rəhbəri kimi tezliklə müzakirələr üçün “Ukrvinprom”la əlaqə saxlayacaq.
“Ümumiyyətlə, istər münaqişə başlayana qədər, istərsə də indi Ukraynada gürcü və Azərbaycan şərabı erməni şərabından qat-qat geniş təmsil olunurdu. Bundan əlavə, gürcü, azərbaycan və türk iş adamları Ukraynada bir sıra şərab zavodları alıblar”, – deyə Arutyunyan qeyd edib.
Ermənistana gəlincə, 2022-ci ilə qədər Ukraynanın erməni şərabının və konyakının ümumi ixracında payı 10%-dən çox deyildi. Münaqişə başlayandan sonra bu bazar praktiki olaraq itirildi, lakin sonra orada satışlar bərpa olunmağa başladı. Bundan əlavə, ekspert qeyd edib ki, son aylarda Ermənistan sığorta şirkətləri xarici sığortaçılarla birlikdə Ukraynaya mal tədarükünün sığortalanması üçün təkliflər hazırlayıblar.
“Bir müddət beynəlxalq şirkətlər bu cür yükləri sığortalamaqdan imtina etdilər. Ancaq müzakilər çox çəkmədi və indi bildiyimə görə, məsələ demək olar ki, həll olunub, bu da biznesə kömək etməlidir. Deməli, bu gün eşitdiyimiz xəbərlər o qədər də çox yaxşı deyildi”, – Arutyunyan bildirib.
Əlavə edək ki, “Ukrvinprom”un Ermənistandan SBU-ya təqdim etdiyi siyahıya demək olar ki, bütün əsas konyak istehsalçıları daxildir: “İrəvan brendi” zavodu, “Proşyan brendi” fabriki, MAP, “Astafyan Holdinq”, “Ararat brendi” zavodu.
Siyahıya “Avşar” Şərab Zavodu (şərab və araq istehsal edən) və “Vedi Alko” da daxildir. Gürcüstandan siyahıya ən böyük yerli konyak istehsalçısı (“Sarajişvili”), həmçinin bir neçə şərab zavodu (“Askaneli Brothers”, “House of Georgian Wine” və bir sıra başqaları) daxil idi.
Qeyd edək ki, Ermənistanın gömrük statistikasına əsasən, 2023-cü ilin birinci yarısında Ermənistandan Ukraynaya konyak ixracı 5,36 dollardan 3,11 milyon dollara, meyvə şərablarının ixracı isə azalıb. 290 min dollardan 43 min dollara, üzüm şərabları isə demək olar ki, sıfıra (281 min dollardan 7,2 min dollara) düşüb.