“Azərbaycana qarşı sanksiya tətbiq edilsin!” –Ölkəmizə qarşı xain plan…

0
732

Ermənistan maraqlarının qatı müdafiəçisi qismində çıxış edən Qərbi Amerika Şurasının rəhbəri Nora Hovsepyan İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər irəli sürdüklərini bildirib.

Qondarma “erməni soyqırımı” ideyasının təbliğatçılarından olan N.Hovsepyan qeyd edib ki, buna səbəb Azərbaycanın erməni mülki təyyarələrini vurması təhlükəsidir. O, qeyd edib ki, ABŞ Azərbaycana qarşı sanksiyaları təsdiqləyərsə, bu, Xankəndi hava limanının açılmasına və fəaliyyətinə dəstək olacaq.

Azərbaycan snayperlərinin təmas xəttindəki aktivliyinə toxunan düşmən təmsilçisi, onların arxa mövqelərə çəkilməsinin vacibliyini də vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın mülki təyyarələrə atəş aça biləcəyi yalanını tirajlamaqla ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışan N.Hovsepyan, rəsmi Bakıya yönəlik sanksiyaların tətbiqinə nail olmaqla Ermənistanın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirməyə cəhd edir. ABŞ-ın Azərbycana qarşı sanksiya tətbiq etməsi real görünməsə də, baş verənlrə düşmənin öz aktiv fəaliyyətini davam etdirdiyi və ölkəmizin mövqelərini zəiflətmək üçün yeni təşəbbüslərlə çıxış etdiyini göstərir.