Azərbaycana qarşı PLAN QURURDU: Paşinyanla “didişib” istefa verdi

0
134

Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan respublikanın baş naziri Nikol Paşinyanla fikir ayrılığına görə istefa verib.

Keçmiş diplomat bu barədə “Facebook”da məlumat verib.

“Mən baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməm ilə bağlı sorğu təqdim etdim. Son zamanlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün edir”, – o deyib.

Marukyan qeyd edib ki, bundan sonra da erməni xalqına xidmət edəcək və beynəlxalq iş təcrübəsindən respublikanın mənafeyi naminə istifadə edəcək.

2023-cü ilin sentyabrında Marukyan Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Roma Statutunun ratifikasiyası ilə bağlı Rusiya ilə danışıqlarda iştirak edib.

Daha sonra eks-diplomat izah edib ki, prosedur Moskvaya qarşı deyil, Bakıya qarşı yönəlib.