Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür

0
212

Bu gün Şuşa yaxınlığında Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür. 

Terror hadisəsi 1992-ci il yanvarın 28-də Şuşanın Xələfi kəndi yaxınlığında baş verib. Ağdamdan Şuşaya uçan helikopter Xankəndi istiqamətindən qumbaraatanla vurulub. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü həlak olub.

44 nəfərin ölümünə səbəb olan bu terror aktından iki ay əvvəl-20 noyabr 1991-ci ildə də ermənilər bənzər hadisə törədib. Həmin gün ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlərini həlak olub.

Bu qəza dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev daxil olmaqla ümumilikdə 22 nəfərin həyatına son qoyub.