Azərbaycana ərazilər, bizə əsirlər verilməli idi, amma…

0
502

İmzalanmış üçtərəfli sənədə görə, Azərbaycan tərəfinə ərazilər, Ermənistana isə əsir düşmüş minlərlə əsgər verilməli idi. Rəsmi Bakı nəyi nə vaxt alacağı ilə bağlı dəqiq bir cədvəl qurdu, İrəvan isə əsirləri geri qaytarmaq üçün öz cədvəlini belə təyin edə bilmədi.

Bu barədə Ermənistanın Şirak Dövlət Universitetinin professoru Artur Ambartsumyan Ermənistanın “Fakt” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, il yarım əvvəl Ermənistanda idarəetmə böhranının olduğunu söyləmək mümkün idi, hazırda isə söhbət elə idarəçiliyin olmamasından gedir:

“Siyasi nəzarətin olmaması səbəbindən ölkənin tamamilə xaosa batma ehtimalı artır. Azərbaycana yüzlərlə əsir düşmüş erməni əsgəri var və biz onların geri qaytarılmasını da tələb edə bilmirik”.