Azərbaycan Zəngəzurda bu şəhərlərə nəzarət edir – Nikol, “davay, dosvidaniya”

0
184

“Paşinyanı “təpiklə” Qərb platformasına gətirdilər. Makron, Şolts və Mişel dedi ki, Nikolu rus kreslosundan alıb bura qoymaq lazımdır və etdilər də. Tələb etdilər ki, imza at və Qarabağı Azərbaycan ərazisi kimi tanı. O da həvəslə bunu etdi. Əliyev isə köhnə siyasətçidir, hər şeyi ölçüb-biçir. Əliyev istədiyini alandan sonra Paşinyana dedi: “davay, dosvidaniya”.

B
u barədə Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov deyib.

Şarmazanov bildirib ki, Azərbaycan Qərb platformasında istədiyi hər şeyi aldı: “Praqada Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı, hətta Qranadada da Azərbaycanın iştirakı olmadan bunu qəbul etdilər. Nəticədə Əliyev Xankəndidə hərbi parad keçirdi və Azərbaycan bu müddətdə təkcə Qarabağda istədiyinə tam nail ola bilmədi, həm də Ermənistan ərazisindəki şəhərlərə – Cermuxa (İstisu), Vardanesə (Basarkeçər) nəzarət edir, sərhəd boyunca strateji yüksəkliklərə mövqelər qurub”.