Azərbaycan yazıçısı Avropa Akademiyasının üzvü seçildi – FOTOLAR

0
581


1980-ci ildə Fransa Senatının sərəncamıyla Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.
A.Məsud Akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam, xanım Nikol Lemer d`Aqacionu, sessiya iştirakçılarını salamlayaraq, əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb:
“Əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır”.( AZƏRTAC)