Azərbaycan Xarici İşlər Nazirliyi Meksika hökumətinə başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Mexiko şəhərində metro körpüsünün çökməsi nəticəsində həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verilir.