Azərbaycan xalqından dünyaya həmrəylik dərsi – VİDEO

0
413

Azərbaycan xalqının cəbhədəki əsgərlərimizlə həmrəyliyini əks etdirən növbəti video yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda vətəndaşların cəbhə bölgəsindəki əsgərlərimizə sovqat göndərməsi əks olunub.

Belə ki, yolun kənarında gözləyən vətəndaşlarımız hərbi maşının dayanması ilə böyük canfəşanlıq göstərərək maşının yük bölməsini əsgərlərimiz üçün sovqatlarla doldurub.

Videoda Azərbaycan xalqının cəbhədə vuruşan əsgərlərinə qayğısı və onlara yardım etməkdən duyduğu sevinc müşahidə olunur.