Azərbaycan vətəndaşları Gürcüstana gedə biləcək: Tarix açıqlandı – FOTO

0
372

Gürcüstan Azərbaycan, Rusiya, Belarus, Ukrayna vətəndaşları üçün ərazisinə giriş qaydalarını asanlaşdırır.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

Əvvəllər bu ölkələrin vətəndaşları Gürcüstana yalnız tam peyvənd sənədi ilə gedə bilirdilər.

“Azərbaycan, Ukrayna, Rusiya və Belarus vətəndaşları martın 1-dən etibarən PCR testi ilə Gürcüstana girə biləcək ölkələrin siyahısına əlavə ediliblər. Biz hələ də quru sərhədlərindəki mövcud rejimi qoruyuruq”, – deyə Qaribaşvili qeyd edib.

Gürcüstan rəhbərliyi fevralın 1-dən xarici vətəndaşlar üçün hava sərhədlərini açıb, lakin ölkə ərazisinə giriş üçün aşağıdakı qaydalar müəyyənləşdirilib: