Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri birbaşa əlaqə saxlayır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Mirzoyan qeyd edib ki, təkcə Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə qurulmayıb.
“Bu, iki ölkənin xarici işlər nazirlikləri ilə “yerdə” işləyən bir sıra qurumlar arasında mövcuddur. Xarici işlər nazirlikləri arasında sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda əsaslı müzakirələr aparılır”, – erməni nazir bildirib.
Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə də qeyri-rəsmi müzakirələr aparılır. Mirzoyan əlavə edib ki, belə təmasların nəticəsi, məsələn, 32 erməni əsirinin 2 azərbaycanlıya dəyişdirilməsi olub.