Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində keçirilmiş “Zlatni Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüblər.
11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız 10 qızıl, 10 gümüş və 7 bürünc medal qazanıblar.