Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev geri çağırılıb.
Dövlət başçısının bu barədə imzaladığı sərəncam sabah elan olunacaq.
Onun yerinə isə sabiq deputat Elmira Axundovanın təyin olunacağı bildirilir.
Qeyd edək ki, Azər Xudiyev son illərin ən qalmaqallı diplomatlardan biridir. Ölkə mətbuatında onunla bağlı saysız-hesabsız tənqidi materiallar yayılmaqda davam edir.