Azərbaycan teleməkanında İLK: SMA xəstəliyindən əziyyət çəkən Amir üçün 3 milyon 672 min manat yığıldı

0
256

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə başa çatıb. 

Efirdə yekun məbləğin tamamlanması üçün 10 min manatın qaldığını bildirən aparıcı Zaur Baxşəliyev bir anda sevinc göz yaşına boğulub.

Belə ki, ATV telekanalının kollektivi 1 yaşlı Amir üçün 10 min azn köçürərək məbləği bağlayıb.

Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amirin sağalması üçün “Zolgensma” iynəsi lazım idi və bu iynənin qiyməti 3 milyon 672 min manatdır.