Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu

0
569

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.

Bildirilib ki, yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci ildən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edilib.