Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir

0
891

Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart – Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin 1-ci vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov bu təbriklərə qoşularaq DTX-nin rəisi general leytenant Əli Nağıyev haqda xoş fikirlərini söyləmiş və DTX-nin fəaliyyətinin yüksək qiymətə və fəxrə layiq olduğunu bildirmişdir:”Peşəkar generalın başçılıq etdiyi DTX-nin son dövrlərdəki fəaliyyəti göz qabağındadır.Respublikamızdan kənarda da dövlətə xəyanət edənlərin layiqli cəzalarını alması üçün ölkəyə gətirilməsi bu xidmətlər içərisində xüsusi yer tutur.
Dünyanın ölüm təhlükəsi ilə üzbəüz qaldığı bir vaxtda DTX- nin rəhbərliyinin və əməkdaşlarının qəhrəmanlığa layiq iş rejimi ilə işləməsi hər bir azərbaycanlının qürur mənbəyi olmalıdır.”
Rasim Məmmədov DTX-nin İNK ilə fəal əməkdaşlığından da məmnunluğunu ifadə etmiş, DTX rəhbərliyinə və xüsusi orqanlarına dövlətimizin, xalqımızın təhlükəsizliyinin qorunmasındakı şərəfli, uğurlu əməklərinə və fədakar xidmətlərinə görə minnətdarlığını bildirmişdir.

“ictimaixeber.az”