Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana YENİ TƏKLİF GÖNDƏRDİ

0
65

Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi üzrə təkliflərin on birinci paketini Ermənistana təqdim edib.

Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə deyib .

“Tərəflər arasında müsbət istiqamətdə irəliləyiş var”, – Bayramov bildirib.

Xatırladaq ki, Ceyhun Bayramov bundan əvvəl bəyan etmişdi ki, İrəvanın Bakıya ərazi iddiaları sülh müqaviləsinin bağlanmasına əngəl törədir. O, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə dair iddiaların tərəflər arasında sülh yolu ilə həllinə mane olduğunu diqqətə çatdırıb.