Azərbaycan sulfat turşusu istehsal edəcək – 10 milyonluq sərmayə qoyulacaq

0
239

“Azərbaycana sulfat turşusunun idxalının qarşısının alınması nəzərdə tutulur”. 

Bunu jurnalistlərə açıqlamasında “Azərsulfat” MMC-nin baş direktoru Emil Quliyev deyib.

O bildirib ki, Azərbaycanda 2022-ci ilin martında sulfat turşusu istehsal edən zavodun fəaliyyətə başlaması nəzərdə tutulur.

Emil Quliyev bildirib ki, Azərbaycan sulfat turşusu istehsal etdikdən sonra bu məhsulları xarici ölkələrə satacaq.

“Bura ümumilikdə 10 milyon manat investisiya yatırılması gözlənilir. Bu müəssisə yalnız yerli mütəxəssislər tərəfindən idarə olunacaq. Biz ilkin mərhələdə ixracı Qazaxıstan və Türkmənistana planlaşdırırıq”, – deyə o bildirib.