Azərbaycan şahmatçısı Dubayda keçirilən beynəlxalq turnirin qalibi olub

0
645

Dubayda keçirilən “Allegiance to Zayed Chess Tournament 2019” şahmat turnirinə yekun vurulub.

9 turdan 8,5 xal toplayan azərbaycanlı qrossmeyster Qədir Hüseynov turnirin qalibi olub. Ermənistan təmsilçisi Qabriel Sarkisyan 7,5 xalla ikinci, Moldova şahmatçısı Viorel İordaçesku 7 xalla üçüncü yerdə qərarlaşıblar.