Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı – RƏSMİ

0
408

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır.

Bununla əlaqədar olaraq Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixədək uzadılıb.