Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə

0
424

M Ü R A C İ Ə T

Hörmətli Cənab Prezident
Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə ictimai nəzarətin vacibliyini irəli sürdüyünü rəhbər tutaraq, 12 dekabr 2019-ci il tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB və 28 sentyabr 2005-ci il tarixində “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə, eyni zamanda, vətəndaş maraqlarının təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərir, ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda xüsusi nüfuz qazanaraq, dövlətçiliyimizin hərtərəfli inkişafına töhfələr verməkdədir.
DAMM İB və SİM İB öz sıralarında respublikamızda və xaricdə fəaliyyət göstərən 115-dən çox təsisatı – QHT-ni, ictimai birliyi, mətbuat orqanını, onlayn TV-ni, saytı, həmçinin, tanınmış ziyalıları, mədəniyyət, elm və ədəbiyyat xadimlərini birləşdirərək, cəmiyyətimizin sivil quruculuq proseslərində fəallıq göstərir, ictimaiyyətin bütün təbəqələrinin bu istiqamətdə iştirakına yardımçı olur, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ etməyə çalışır.
Əsas məqsədi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, bütün sahələrdə mənfi hallara, özbaşnalıqlara qarşı aparılan mübarizədə ölkə başçısı İlham Əliyevə ictimai dəstək vermək və vətəndaş həmrəyliyi göstərmək olan təşkilatımız, xəbər portallarımız, sosial və videopaylaşım şəbəkələrində üzvlərinin sayı onminlərlə ölçülən İnternet resurslarımız, yeni – sosial media qurumlarımız bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Ümummilli Lider Heydər Əliyev DAMM İB 25 ildən çox zaman ərzində milli mədəniyyət və humanitar-kulturoloji sərvətlərimizin zənginləşdirən mədəniyyət və incəsənət xadimlərini dövlətçilik maraqları ətrafında birləşdirə bilib. Xaricdə, respublikamızın hər yerində və Bakıda təşkil etdiyimiz Dünya Azərbaycanlı İntellektuallarının Forumları bir daha dediklərimizə əyani sübutdur.

Hörmətli Cənab Prezident
DAMM İB-nin I vitse-prezidenti və Sabitlik və İnkişaf İB-nin sədri Rasim Məmmədovun Anası, Məmmədova Hafizə Cəbi qızı Təşkilatımıza, oğlu Məmmədov Rasim Adil oğlunun həbs olunması ilə bağlı müraciətini sizə çatdırmaq istərdim.
“Yazıb sizə bildirirəm ki,mən Məmmədov Rasimin 86 yaşlı anası Məmmədova Hafizə Cəbi qızı oğlum Rasimin himayəsində yaşayırdim.Artıq baş verən proseslərlə bağlı tənha qalmışam. Yazıb sizdən xahiş edirəmki mənim tənhalığımı nəzərə alaraq oğlum Rasimin əfv olunması ilə bağlı ədalətli qərar qəbul edilməsi üçün dəstək göstərəsiniz.”

Dərin hörmətlə,
DAMM İB-in İcraçı direktoru Əsədova Samirə İmza:_