Azərbaycan Qran Prisində ilk qəzalar baş verdi – FOTO

0
343

Bakıda az öncə başlayan Formula 2 yarışında ilk qəza baş verib.

“Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.

Onun təkəri əyildiyindən, sərbəst yürüşə davam edə bilməyib.

Bundan başqa, “MP Motorsport” komandasının alman-alban-makedon əsilli pilotu  Lirim Zendeli idarəetməni itirərək kənara çıxıb.

Həmçinin trekə təhlükəsizlik maşını da daxil olub.

Qeyd edək ki, Azərbaycan Qran Prisində bu gün Formula 1-in sərbəst yürüşü saat 12:30-da başlayacaq.