Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti və İntizam Komissiyasının üzvləri, 26 fevral Xocalı soyqrımı zamanı şəhid olmuş soydaşlarımızı sükutla anmışdır. Xocalı soyqırımı, yalnız Azərbaycan xalqının deyil, bütün insanlıq tarixinin ən qaranlıq və ağrılı səhifələrindən biridir. Bu hadisə zamanı yüzlərlə günahsız insan həyatını itirmiş, uşaqlar, qadınlar, yaşlılar, gənclər, hər biri öz ailəsi, həyatı, gələcəyi ilə bağlı xəyalları olan insanlar amansız şəkildə qətlə yetirilmişdir.Biz Xocalı faciəsini unutmamalıyıq və bu faciənin dünyada tanıdılması, tarixdəki əsl günahkarların məsuliyyətə cəlb olunması üçün çalışmalıyıq. Xocalı qurbanlarının ruhu qarşısında baş əyirik və onların xatirəsini əziz tuturuq.

