Azərbaycan Qarabağda təmasda olduğu ermənilərin adlarını niyə açıqlamır?

0
147

“Azərbaycanın Qarabağdakı erməni əhali ilə təmasları olub. Amma Azərbaycan təmasda olduğu insanlar haqqında məlumatları açıqlamır”.

Bunu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Çünki Qarabağdakı təmasda olduğumuz ermənilərin adını açıqlasaq, onlara təzyiqlər olar”,-deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycan bu təmasları gələcəkdə də davam etdirəcək.