Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” və “Sumqayıt”ın futbolçuları koronavirusa yoluxub.
Bu barədə hər iki komandanın baş məşqçiləri oyun sonrası keçirilən mətbuat konfransında bildirib.
Belə ki, “Səbail”dən Kamal Qurbanlı, “Sumqayıt”dan 21 yaşadək millimizin üzvü Səbuhi Abdullazadə koronavirusa yoluxub.
Həmçinin, “Səbail”in həkiminin testi də pozitiv çıxıb.