Azərbaycan Ordusunun onlara ehtiyacı yoxdur – Səfir ABŞ-a həqiqətləri çatdırdı

0
464

Azərbaycan Ordusunun suriyalı döyüşçülərə ehtiyacı yoxdur.Bunu Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç deyib.

 Türkiye'nin Washington Büyükelçisi Kılıç: Azerbaycan ordusunun Suriyeli savaşçılara ihtiyacı yok

“World Affairs Councils” konfransına qatılan səfir Türkiyənin Azərbaycana suriyalı döyüşçüləri göndərdiyi iddialarını əsassız adlandırıb: “Bu iddiaların tam əksinə, Ermənistan Azərbaycan torpaqlarında döyüşməsi üçün PKK terror təşkilatının ünsürlərindən istifadə edir. Bunu təsdiq edən etibarlı mənbələr var. Türkiyə Azərbaycana döyüşçü yollamayıb və maliyyələşdirməyib.

Azərbaycan da belə bir istəyini dilə gətirməyib. Onların yetəri qədər əsgəri və qüvvələri var. Azərbaycan Ordusunun özünü qorumaq üçün suriyalı döyüşçülərə ehtiyacı yoxdur”.

Səfir konfrans iştirakçılarına Dağlıq Qarabağın beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanındığını, lakin Ermənistan tərəfindən işğal olunduğunu, həmçinin Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücum etdiyini çatdırıb.