Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri – VİDEO

0
370

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilib.

İşğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan Azərbaycan əsgərlərinin görüntülərini paylaşılıb.

https://player.baku.tv/embed/28875

Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib. 

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən – Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib.