Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu vəfat edib.
Bu barədə Hərbi prokurorluqdan məlumat verilib.
Məlumata görə,əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.