Azərbaycan Ordusunun ermənilərə “vurduğu od” – 2400-dən çox əsgər…

0
363

Qarabağ müharibəsində ölən hərbçilərdən bəzilərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

Bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi hallarda DNT analizi etmək olduqca çətindir: “Əlbəttə ki, müəyyən edilə bilməyən müəyyən miqdarda qalıq olacaq. Bəzi cəsədlər o qədər ziyan görüb ki, xaricdə belə müayinəsi mümkün olmayacaq”.

A.Avanesyan hazırda 210-a yaxın nümunənin öyrənilməsi üzərində son dərəcə çətin işlərin aparılmasının lazım olduğunu söyləyib.

Nazirin sözlərinə görə, tibbi ekspertiza 2200-dən çox cəsəd və qalığın şəxsiyyətini müəyyən edib. 180 nəfərin hələ də cavabı gözlənilir. DNT testindən 2400 qalıq keçib.