Azərbaycan ordusunu Aralıq dənizinə göndərir: Türkiyə ilə birgə…

0
515

Türkiyənin təşkilatçılığı ilə keçirilən “Aralıq dənizi Qalxanı Hərəkatı” təlimlərinə Azərbaycan da qatılacaq.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yenişafak”da yer alan informasiyaya görə, beynəlxalq hərbi təlimlərə Azərbaycanla yanaşı, Əlcəzair, Gürcüstan, Liviya, Livan, Albaniya və Tunisin də qoşulması gözlənilir.

2006-cı ildən bəri hər il təşkil edilən “Aralıq dənizi Qalxanı Hərəkatı”nın beynəlxalq quruluşa çevrilməsi məqsədilə Aralıq dənizi vasitəsilə ticarət, enerji nəqli xətləri quran və onun ətrafında yerləşən 9 ölkə ilə 2 il əvvəl müzakirələrə başlanmışdı. Bu ölkələrin hərəkata informasiya ötürülməsi və digər dəstəklərlə fayda verməsi gözlənilir. Təlimlərin beynəlxalq şəraitdə keçirilməsinin bölgəyə rahatlıq gətirəcəyi bildirilir.

Qeyd edək ki, təlimlərə ilk olaraq İordaniya və Pakistan qatılmışdı.

Xatırladaq ki, təlimlərin bilgilərinin 70%-i NATO-ya göndərilir.