
Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.
Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid analarına və xanımlarına da bayram hədiyyələri təqdim olunub.