Azərbaycan ordusu separatçı rejimin “müdafiə naziri”ni məhv etdi – ANBAAN VİDEO

0
445

Separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın yaralanması və bununla əlaqədar olaraq vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri ilə bərabər humanitar atəşkənin pozulmasında fəal iştirak etmiş C.Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində fiziki olaraq məhv edilib.

Onun, iddia edildi kimi, “yüngül xəsarət alması” (Ermənistan tərəfi xəbəri belə şərh edib – red.) heç bir halda yeni “müdafiə naziri”nin təyin edilməsinə səbəb ola bilməz.

İki variant var – ya C.Arutyunyan Dağlıq Qarabağdakı hərbi uğursuzluqlara görə işdən qovulub, ya da ağır yaralanıb və ya öldürülüb.

Bu ehtimallara C.Arutyunyanın məhv edilməsi barədə təqdim olunan əyani dəlillər vasitəsilə nöqtə qoyulub.

Ordumuz separatçıların “müdafiə naziri”ni xidməti avtomobilində külə döndərib.