Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter”də bildirib.
“Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir”, – deyə iranlı diplomat bildirib.